...

“Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi baş tutub (FOTO)

Mədəniyyət Materials 12 Noyabr 2021 15:36 (UTC +04:00)
“Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi baş tutub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 11 noyabr tarixində Muzey Mərkəzində “Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi baş tutub.

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə start verilən layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi məqsədilə yaradıcı gəncləri və bu sahədə çalışan mütəxəssisləri bir araya toplamış və uğurla yekunlaşmışdır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov dünyada gedən proseslər, sənayeləşmənin artması, rəqəmsal incəsənətin sürətlə həyatımıza daxil olması insanların yeni axtarışlara sövq etdiyini vurğulayıb.

O, çıxışında qeyd edib ki, “Digitalart-lab” layihəsi rəqəmsal incəsənətə həsr olnmuş ilk irimiqyaslı layihə olmaqla yanaşı ətrafına çoxsaylı yaradıcı gəncləri toplaya bilmişdir.

Daha sonar tədbiridə layihənin kuratoru Nərgiz Əsgərova, layihə çərçivəsində iştirakçılara ustad dərslər keçən illustrator Ərzuman Paşayev, rəssam Mobil Qarayev, sənətşünas Mehparə Abbasova çıxış edərək layihə təşkilatçılarına təşəkkür edib və layihənin iştirakçılarına yeni yaradıcılıq uğurları arzulayıblar.

Muzey Mərkəzində keçirilən sərginin ekspozisyasında Sara Qədimovanın “Nəsibə Zeynalova”, “Rəşid Behbudov”, İntizar Qafarovanın "Xurşidbanu Natəvan", Nəzakət Əhmədovanın “Nizami Gəncəvi”, Nərmin Qəmbərlinin “Maral Rəhmanzadə”, Ariz Abbasovun “Əhməd Cavad”, Xəzangül Hüseynlinin “Mikayıl Abdullayev”, Zəhraxanım Quluzadənin “Toğrul Nərimanbəyov”, Nərgiz Xəlilzadənin “Əzim Əzimzadə”, İnara Nəzərlinin “Səttar Bəhlulzadə” adlı digital əsərləri yer alıb.

Tədbir “Digitalart-lab” layihəsinin iştirakçıları və təlmçilərinin təltif edilmə mərasimi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti