...

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək

Mədəniyyət Materials 14 Fevral 2022 16:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi üçün əsərlərin qəbuluna start verilir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcəkdir.

Sərgidə iştirak etmək istəyən rəssamlardan 27 fevral tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə [email protected] ünvanına göndərmələri xahiş edilir.

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi nəzərdə tutulur.

Ətraflı məlumat: 994 77 717 33 37

Məqalədə:
Xəbər lenti

Xəbər lenti