...

Tanınmış Misir rəssamının Azərbaycanda qadınlara həsr olunmuş sərgisi baş tutub (FOTO)

Mədəniyyət Materials 18 Mart 2022 15:10 (UTC +04:00)
Tanınmış Misir rəssamının Azərbaycanda qadınlara həsr olunmuş sərgisi baş tutub (FOTO)

Bakı. Trend:

Ötən gün Misirin tanınmış rəssamı İnes Eissanın Xətai Sənət Mərkəzində qadınlara həsr etdiyi sərgisi baş tutdu. Sərgidə rəssamın qadınlara həsr etdiyi fəlsəfi ruhda çəkdiyi əsərləri təqdim olundu.

Trend xəbər verir ki, İness Eissa çıxışında dünyanın hər yerində qadınların hisləri, duyğuları, həyəcanları, təbəssümlərinin eyni olduğunu vurğuladı: “Din, dil, irq fəqli olsa da, qadınlar eyni duyğuları və eyni hisləri daşıyır. Mən də bu sərgidə qadınların iç dünyasına səyahət etdim. Onları əslində göründüyü kimi deyil də, olduqları kimi əks etdirməyə çalışdım. Sərgidə müxtəlif obrazda qadınlara rast gəlmək mümkündür.

Azərbaycan və Misir qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımızın misilsiz xidmətlər var. Hesab edirəm ki, bu ülvi varlıq hər bir rəssamın yaradıcılığında ilham mənbəyi olamlıdır”.

Srgidə iştirak edən Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev əsərlərlə tanış olduğunu, hər birində ülvi hislərin öz əksini tapdığını vurğuladı: “Bir xanımın qadınların ruhunu bu qədər aydın və təmiz ifadə etməsi sevindirici haldır. Burada çox maraqlı əsərlərin şahidi oldum. Qadın ruhunun bu qədər həssas və fəlsəfi şəkildə təsviri bizləri sevindirir. İness istedadlı və fəlsəfi düşüncələri özündə, yaradıcılığında əks etdirməyi bacaran xanımdır. O, sənəti sevir, sevərək əsərlər yadır”.

İnessin ekspozisiyasına daxil olan əsərləri yüksək qiymətləndirən Xalq rəssamı Ağəli İbrahimov da qeyd etdi ki, rəssamın əsərləri göz oxşayan və maraqlıdır: “Onun çəkdiyi qadın tablolarında hər bir qadının ayrı bir hekayəsi var. Bu qadınların hər biri ayrı kədəri özlərində ehtiva edirlər. Qadını hər gün sevməlisən.
Elə bir bəstəkar, şair, musiqiçi, dramaturq, rəssam yoxdur ki, qadın obrazında işləməsin. Elə götürək “Mono Liza” rəsm əsərini, bu əsər dünyada ən bahalı əsərdir. Dünyada qiyməti olmayan bir əsl əsər var, o da Mono Lizadır. Bu da qadın obrazıdır”.

Tədbirin sonunda İness Eissa Rəssamlıq ittifaqı tərəfindən iki diplomla - “Fərdi sərgisi”, “Fəlsəfi düşüncələri əsərləri” nə görə mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti