...

Nyu-Yorkda azad olunmuş ərazilərin fotolarından ibarət sərgi açılıb

Mədəniyyət Materials 6 May 2022 16:25 (UTC +04:00)
Nyu-Yorkda azad olunmuş ərazilərin fotolarından ibarət sərgi açılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-də Nyu-Yorkun mərkəzi qalereyalarının birində "Agdam Delenda est" adlı sərginin açılış mərasimi baş tutub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə tədbirdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil olunub. Əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar nümayiş olunub.

Həmçinin, Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilir.

Sərgi eləcə də Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, təbliğatın gücləndirilməsi baxımdan olduqca böyük əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti