...

Bakıda rok festivalı keçiriləcək

Mədəniyyət Materials 25 May 2022 12:13 (UTC +04:00)
Bakıda rok festivalı keçiriləcək

Bakı. Trend:

Azərbaycanda ilk dəfə rəsmi irimiqyaslı rok festivalı keçiriləcək.

Trend-in məlumatına görə, TMB TV Azərbaycanın təşkilatçılığı ilə baş tutacaq festivalın məqsədi, ölkəmizdə rok janrını tanıtmaq, təbliğ və inkişaf etdirməkdir.

Festivalda yerli rok musiqiçilərinin öz bəstələrinidən ibarət əsərləri səslənəcək. Festivalda The Passion, Free From Four, Dədə Baba, Orxan Efendi, Qara Dərviş, Groove in spires, Sadnos, Evil Decay kimi rok qruplar iştirak edəcək.

Qeyd edək ki, festivalın qala gecəsi iyunun 11-də Heydər Əliyev Sarayında keçiriləcək. Həftə ərzində isə festival iştirakçılarının özəl proqramlarla konsert çıxışları təşkil olunacaq. Biletləri Heydər Əliyev Sarayının kassalarından, eləcə də onlayn əldə etmək mümkündür. Məlumat üçün bildirək ki, tələbələr tələbə kartını iTicket satış nöqtələrində təqdim etməklə 20 AZN kateqoriyasına 50% endirimlə bilet əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti