...

II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2022 18:02 (UTC +04:00)
II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.

Festivalın ikinci günü münsiflərin – Əməkdar İncəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar İncəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirlinin ötən günün tamaşalarının müzakirəsi ilə başladı.

Daha sonra Qusar Dövlət Ləzgi Dram Teatrı rejissor Əliyar Əliyevin qazax dramaturqu Murat Kolqanatın eyni adlı əsəri əsasında quruluş verdiyi “Poni” tamaşasını təqdim etdi. Tamaşadan sonra Festivalın "Təcrübə proqramı" çərçivəsində Tbilisi Movement teatrının rejissoru İoseb Bakuradzenin “İmprovizə” mövsunda treninqi keçirildi. Daha sonra Lənkəran Dövlət Dram Teatrı müəllifi İlqar Fəhmi, rejissoru Tərlan Abdullayev olan “Qanlı namə” tamaşasını oynadı. Axşam saatlarında Azərbaycan Dövlət Yuğ Teatrının “Kloun Bizzz” (müəllif Matey Vişnek, rejissor Mikayıl Mikayılov) və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin “Püstə ağacı” (müəllif Maqsud İbrahimbəyov, rejissor Vaqif Əsədov) müsabiqədənkənar tamaşaları nümayiş olundu.

Festivalın ikinci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun tamaşaçılar arasında olması bu teatr bayramına dövlət səviyyəsində böyük marağın olduğundan xəbər verir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti