Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “ÇİÇƏKLƏR” adlı etüd keçiriləcək.
2023-cü il fevralın 1-də saat 14:00-da keçiriləcək tədbirdə 15-29 yaş arası rəssam və həvəskarlar iştirak edə bilərlər. Qeydiyyat üçün iştirakçılar 30 yanvar tarixinə kimi Xətai Sənət Mərkəzinin whatsapp ünvanına - 051 310 74 01 ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər.
İştirakçılara sertifikatlar təqdim ediləcək. Texnika və ölçü sərbəstdir. Etüd Xətai Sənət Mərkəzində keçiriləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az