...

Bakıda Litvanın "Başqa Arzuların Komandası" dramı nümayiş olunacaq

Mədəniyyət Materials 30 Mart 2023 18:44 (UTC +04:00)
Bakıda Litvanın "Başqa Arzuların Komandası" dramı nümayiş olunacaq
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakı şəhərində Landmark otelində basketbol haqqında "The Other Dream Team" (Başqa Arzuların Komandası) sənədli filmi nümayiş olunacaq.

Litva sənədli filminin nümayişi aprelin 5-də saat 18:00-da keçiriləcək.

Filmin ssenari müəllifləri Marius A. Markeviçus və Con Veynbah, rejisorru isə Marius A. Markeviçusdur.

Film Litvanın müstəqilliyə doğru can atmasından bəhs edir və bunu əfsanəvi basketbolçuların tarixçəsi ilə ötürür. Filmin əsas xəttini ölkənin kişilərdən ibarət basketbol yığmasının bürünc medal qazandığı, Barselonada keçirilən 1992-ci il Olimpiadası təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti