...

YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 7 Aprel 2023 14:17 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi açılıb (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun buraxılış sərgisini təqdim edir. YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 27 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihələrini hazırlamışdırlar.

Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. “Babil 2.0”, “Keçmiş̧ nəsillərdən qalan izlər” və “Dərman arardım dərdimə” sərgiləri həmin mövzuları araşdırır.

“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

Tarix: 06-16 aprel

Kurator: Aynur Abutalıbova

Layihə meneceri: İlkanə Səmədova

Rəssamlar: Fidan Hümbətli, Tamira İbrahimova, Fidan Nazim qızı, Nəcəf Öztürk

Sərgilərin iş rejimi:

Çərşənbə axşamı – bazar, 12:00-20:00

Məkan: ARTIM Layihə Məkanı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti