...

“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Aprel 2023 17:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslərin iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun Baş konfransının Paris şəhərində keçirilən 28-ci sessiyasında təsis edilib və hər ilin 23 aprel tarixində bütün dünyada təntənəli şəkildə qeyd olunur.

O qeyd edib ki, həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. “23 aprel - Migel Servantes, Uilyam Şekspir və İnka Qarsilaso de la Veqa kimi görkəmli ədiblərin vəfat etdiyi tarixdir. UNESCO bu günü təsis etməklə kitabları və müəlliflik hüququnu təbliğ edir, yaradıcılığın, mədəni müxtəlifliyin tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir, kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərir və hər kəsin kitablara əlçatan olmasını təşviq edir.

Müasir informasiya texnologiyalarının inkişafına baxmayaraq, kitablar hələ də bilik mənbəyi olaraq qalmaqdadır. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi barədə qərar kitaba, müəlliflərə, müəlliflik hüququna beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir.

UNESCO-nun həmin qərarının qəbulundan sonra qısa müddət ərzində dünyanın əksər ölkələri bu təşəbbüsü dəstəkləyərək, bununla əlaqədar hər il müxtəlif tədbirlər təşkil etməyə başladılar.

Azərbaycan da bu təşəbbüsə qoşulanların ilk sırasında olmuşdur. 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən başlayaraq ölkəmizdə də qeyd olunur. Hər il Əqli Mülkiyyət Agentliyi tərəfindən milli və beynəlxalq konfranslar təşkil olunur, müəlliflər və hüquq sahibləri ilə görüşlər keçirilir, müəlliflik hüququna hörmətin aşılanması məqsədilə kitab sərgiləri təşkil olunur. Bu sərgilərdə görkəmli müəlliflərin əsərləri, eləcə də Agentliyin müxtəlif nəşrləri nümayiş etdirilir”, - deyə K.İmanov vurğulayıb.

O qeyd edib ki, son illər ənənəvi olaraq, ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfranslar “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir” adı altında silsilə tədbirlər keçirilir. Görkəmli elm xadimlərinin, mütəxəssislərin qatıldığı belə tədbirlərdə qədim mətnlər, tarixi mənbələr və faktlar əsasında erməni saxtakarlıqları ifşa edilir.

“Erməni saxtakarlıqlarının və plagiatının ifşa edilməsi Agentliyin fəaliyyətində həmişə prioritet istiqamət kimi saxlanılır. Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, ənənəvi mədəni (folklor) nümunələrin, ənənəvi biliklərinin və digər qeyri-maddi mədəni irs nümunələrinin daim ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və saxtalaşdırılaraq erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

2023-cü il 20 aprel tarixində Əqli Mülkiyyət Agentliyi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans keçirilir.

Tədbirin əsas məqsədi daim davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsinə və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir”, - deyə K.İmanov qeyd edib.

O əlavə edib ki, erməni saxtakarlıqlarının və uydurmalarının ifşası ilə bağlı görülən işlər sırasında müxtəlif dillərdə buraxılmış aşağıda adları qeyd olunan kitabları da qeyd etmək lazımdır:

“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında”, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hayerməni qədimliyinin qurulma cəhdləri”, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında. Ancient texts and classic sources expose Armenian falsifications and fabrications or about primordial inhabitants of territory "Armenia". Древние тексты и классические источники разоблачают армянские фальсификации и измышления или об исконных насельниках территории “Armeniya”, “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri”, “Qafqaz Albaniyası, onun sakinləri və işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlər”, 37 “Хайи-армяне, стремясь утвердить свое место среди исторических народов, не брезгуют ревизией текста Священного Писания и Термин “Армения”, будь то топоним или этноним, не имеет никакого отношения к нынешним армянам и присвоен ими” və s.

K.İmanov vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin başlıca istiqaməti ölkənin innovasiya siyasətinin həyata keçirilməsinə xidmət etmək üzərində qurulub.

“Dövlət başçısının uzaqgörən siyasətindən irəli gələn institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi həm müəlliflik hüququ və əlaqəli hüquqlar, həm də sənaye mülkiyyəti (ixtiralar, faydalı modellər, sənaye nümunələri və əmtəə nişanları) sahələrini əhatə edir. Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs olaraq Agentlik öz fəaliyyətini büdcə vəsaitləri ilə yanaşı, fəaliyyət sahəsi ilə bağlı əldə olunan vəsaitlər və tranzaksiya xərclərini nəzərə alan optimal üsullarla idarə olunma hesabına qurmuşdur. Eyni zamanda Agentliyin tabeliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyəti də Agentlik tərəfindən əlaqələndirilir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti