...

“Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində keçirildi (FOTO)

Mədəniyyət Materials 6 İyun 2023 15:37 (UTC +04:00)
“Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində keçirildi (FOTO)

Bakı. Trend:

Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə elan olunmuş “Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində keçirildi.

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açaraq sərgi iştirakçılarını salamladı. Söz alan Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Turan Cəfərova , Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rüstəm Qulyev, rəssam Calal Ağayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini iştirakçılarla bölüşdülər.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş təbiət qoynunda yaradılmış əsərlərdən ibarət yaradıcılıq sərgisinə 200-dən çox fırça ustası 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaratdıqları əsərlər təqdim edilmişdir.

“Plener əsərlər sərgisi” 56 rəssamın 79 əsəri izləyicilərin üzünə açıldı. Əsərləri nümaiş olunan müəlliflərə sertifikatlar təqdim olundu.

Həmçinin, reqlamentində nəzərdə tutulduğu kimi sərgidəki əsərlər arasından Xətai Sənət Mərkəzinin və sərgi ziyarətçilərinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunması noaminasiyalarının tək qalibi rəssam Raul Hüseynov oldu.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti