...

“Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu elan edilib

Mədəniyyət Materials 21 İyun 2023 19:18 (UTC +04:00)
“Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu elan edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi “Heydər Əliyev ili” çərçivəsində təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu elan edir.

Yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər(lər)in fotosu ilə bərabər əsərin adı, soyad, ad,təvəllüd, peşə və əlaqə nömrəsini qeyd edərək [email protected] ünvanına göndərməklə iştirak edə bilər.

Qeyd: Uşaqkən çəkdiyiniz bir rəsm varsa, onunla da qatılmaq olar.

Əsər qəbulu üçün son tarix: 5 oktyabr 2023-cü il.

Sərgilənən əsərlər geri qaytarılmır.

Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti