...

AMEA-da “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı İşçi qrupun ilk iclası keçirilib

Mədəniyyət Materials 17 İyul 2023 17:38 (UTC +04:00)

Bakı. Trend:

İyulun 17-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş direktor, tarix elmləri doktoru, professor Kərim Şükürovun sədrliyi ilə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı İşçi qrupun ilk iclası keçirilib.

Trend xəbər verir ki, iclasda işçi qrupun qarşısında duran vəzifələrin uğurla həyata keçirməsi üçün elmi-təşkilati məsələlər müzakirə olunub.

Həmçinin AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, ensiklopediyanın sözlüyünün 20 sentyabr 2023-cü il tarixinədək hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi üçün vəzifələr müəyyənləşdirilib.

Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədilə İşçi qrupun iclaslarının davamlı olaraq keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti