...

“Kinokonsert” vokal-instrumental multimedia şousu keçiriləcək

Mədəniyyət Materials 4 Yanvar 2024 17:55 (UTC +04:00)
“Kinokonsert” vokal-instrumental multimedia şousu keçiriləcək
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

24 fevral “Art-East Media Group” şirkəti paytaxt sakinləri və şəhərimizin qonaqlarını özünün “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondunun birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirdiyi, eyni zamanda, şirkətimizin brendi olan və yeni peşəkar heyətlə tamaşaçıların qarşısına çıxacaq “Avanqard” Kamera Orkestrinin təqdimatında yüksək bədii zövqlə tam yeni repertuar əsasında aranjiman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini əhatə edən “Kinokonsert” vokal-instrumental multimedia şousuna dəvət edir.

Gənc olmalarına baxmayaraq peşəkar müğənnilərin təqdimatında siz Azərbaycan filmlərindən gözəl mahnılar dinləyəcək, virtouz rəqqasların ifasında biri-birindən maraqlı rəqslərə tamaşa edəcəksiniz.

Əziz dostlar, möhtəşəm konsert proqramı, Sizi gözləyir. Odur ki, “Kinokonsert” multimedia şousunun Sizə bəxş edəcəyi təəssüratları qaçırmayın.

Biletləri əldə etməyə tələsin https://iticket.az/events/concerts/kinokonsert-multimedia-sou/107155

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Xəbər lenti

Xəbər lenti