...

Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun Gəncə Dövlət Filarmoniyasinda konserti baş tutdu (FOTO)

Mədəniyyət Materials 29 Fevral 2024 19:25 (UTC +04:00)
Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun Gəncə Dövlət Filarmoniyasinda konserti baş tutdu (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun konserti baş tutub.

Trend xəbər verir ki, böyük coşqu və anşlaqla keçən konsert proqramını "Qarabağ" ansamblı müşayiət edib.

Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdər artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Sonda Mənsum İbrahimov gəncəlilərə təşəkkür edərək Gəncənin muğam sənətinə dəyər verən şəhər olduğunu vurğulayıb.

Konsert proqramında, həmçinin, Xalq artistinin öz yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova çıxış ediblər.

Sonda Mənsum İbrahimov torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi "Zəfər" mahnısını tamaşaçılar ayaq üstə alqışlayıblar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti