...

Divaların ruhu: Tina Törner, Whitney Houston, Selin Dion, Adel. Mystery Ensemble. Şam işığında konsert (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2024 13:38 (UTC +04:00)
Divaların ruhu: Tina Törner, Whitney Houston, Selin Dion, Adel. Mystery Ensemble. Şam işığında konsert (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakının mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında unikal konsert keçirilib.

Trend xəbər verir ki, Bakının məşhur Mystery Ensemble-nın ifasında yüzlərlə şam işığında, təkrarolunmaz Whitney Houston, Tina Turner, Celine Dion və Adeline məşhur hitləri səslənib.

Konsert ən böyük müğənnilərin ruhunu və cəsarətini təcəssüm etdirdi və qadınların gücünün və müstəqilliyinin sübutu idi. İfa olunan hər mahnı bir hit və qadın ruhunun gücü, davamlılığı hekayəsi idi. Bu fenomenal qadınlar yalnız müğənni deyil; onlar müstəqilliyin və gələcək nəsillərə nümunə olan bütün dünyada qadınların hüquq və imkanları uğrunda mübarizənin simvollarıdır. Bu, musiqinin və qadınlığın ruhlandırıcı bayramı idi.

Gecənin proqramında: “I will always love you”, “My heart will go on”, “Skyfall”, “Simply the best” və s. mahnılar səslənib. Simli alətlərin səsi dünya əfsanələrinin həssas vokallarına yaxın idi.

Konsert başlamazdan əvvəl qonaqlar yüzlərcə parıldayan şamlarla dolu salonun interyerini seyr edə bildilər.

Konserti Azərbaycanın, Böyük Britaniyanın, Avropanın, Rusiyanın və digər ölkələrin qədim malikanələrində şam işığında, damlarda, istixanalarda, planetariyalarda və digər ən atmosfer yerlərində unikal mədəni tədbirlər təşkil edən Red EVENTS & Distribution ltd yaradıcı agentliyi idi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti