46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü M.Ə.Rəsulzadə küçəsinin sakinləri ilə keçirib.
Havanın yağışlı olmasına baxmayaraq, sakinlər görüşə böyük həvəslə gəliblər.
Əvvəlcə namizəd böyüyüb boya-başa çatdığı Şirvan sakinləri ilə görüşməyindən məmnunluğunu bildirib, daha sonra bütün seçiciləri öz seçici hüquqlarından istifadə edərək, 1 noyabr tarixində seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət edib.
Əsasən, sovet dövründən tikilən binaların dam örtüyünün yararsızlığı və binanın əsaslı təmiri ilə əlaqədar müraciətlər olunub. Namizəd seçiciləri maraqlandıran məsələ ilə əlaqədar bildirib ki, bu məsələ onun da diqqət mərkəzimdədir və öz platformasında əksini tapıb: "Mənə etimad göstərdiyiniz halda, mən deputat səlahiyyətləri çərçivəsində həmin məsələlərin həllinə köməklik göstərəcəyəm".
Səmimiyyət və diskussiya şəraitində keçən görüşün sonunda bütün sakinlər R.Cəbrayılova seçki kampaniyasında uğurlar arzulayıblar və 1 noyabr tarixində dəstək olacaqlarını bildiriblər.