...

Fuad Muradov Xətai rayonunda görüşlərini davam etdirir (FOTO,VİDEO)

Seçki 2015 Materials 23 Oktyabr 2015 11:32 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Rahib Məmmədov, Aşıq Ələsgər, Xudu Məmmədov, Cavanşir, Qədir Məmmədov, Məhəmməd Hadi küçələrində 21 binanın sakinləri ilə görüşlər keçirilib.
Fuad Muradov Xətai rayonunda görüşlərini davam etdirir (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Rahib Məmmədov, Aşıq Ələsgər, Xudu Məmmədov, Cavanşir, Qədir Məmmədov, Məhəmməd Hadi küçələrində 21 binanın sakinləri ilə görüşlər keçirilib.

Trend-in məlumatına görə, sakinlər qarşısında çıxış edən Fuad Muradov bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan islahatlar birbaşa Azərbaycan vətəndaşına yönəlib. "İstər sosial, istər iqtisadi, istərsə də digər sahələr daim diqqətdə saxlanılır, lakin ən çox önəm verilən məsələ Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Azərbaycanın dövləti torpaqlarımızın müharibə yolu ilə azad edilməsinə qadirdir, ancaq biz sülh tərəfdarıyıq. Bu o demək deyil ki, belə vəziyyət uzun müddət davam edə bilər.Azərbaycan ordusu Qarabağın azad edilməsi üçün tam hazırdır."

Millət vəkili Xətai sakinlərini narahat edən məsələlərdən xəbərdar olduğunu diqqətə çatıdırb. "Dövlət tərəfindən insanların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirirlir. Biz də öz növbəmizdə çalışmalıyıq ki, bu məsələlərdə dövlət siyasətinə dəstək verək."

Seçicilər Fuad Muradovun səsləndirdiyi fikirlərə münasibət bildirərərk onu dəstəklədiklərini bəyan ediblər. Qeyd edilib ki, Fuad Muradovun 34 saylı Xətai ikinci seçki dairəsi ərazisində bütün məhəllələrə getməsi, insanlarla birbaşa ünsiyyət qurması təqdirəlayiqdir. "Biz tanıdığımız və etibar etdiyimiz namizədə - Fuad Muradova səs verəcəyik" deyə sakinlər fikirlərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti