...

Fuad Muradov Xətai seçiciləri ilə görüşdü (FOTO, VİDEO)

Seçki 2015 Materials 26 Oktyabr 2015 11:14 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası davam edir. 15 gün ərzində keçirilən görüşlər rayonun əksər məhəllələri və binalarını əhatə edib.
Fuad Muradov Xətai seçiciləri ilə görüşdü  (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası davam edir. 15 gün ərzində keçirilən görüşlər rayonun əksər məhəllələri və binalarını əhatə edib.

Bu gün Fuad Muradov isə seçicilərlə kütləvi görüşünü keçirib. Seçicilərin böyük marağı və izdihamı iləmüşahidə edilən görüşə, müharibə veteranları, idmançılar, məhəllələrdə görüşlərdə iştirak edə bilməyən yerli sakinlər qatılıblar.

Görüşdə çıxış edən F.Muradov bildirib ki, bu gün Prezident İlham Əliyevin siyasətinin əsas istiqaməti Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır: "Burada Qarabağ müharibəsində iştirak etmiş insanlar var. Bəziləri bu yolda öz sağlamlıqlarını itiriblər. Torpaqlarımızın işğaldan azad edilməsi hər birimizin arzusudur. Bunu ən çox istəyənlər isə siz veteranlarsınız."

F.Muradov gənclərimizin sağlam inkişafı və idman sahəsinə göstərilən diqqət və qayğıya toxunub: "Gənclər siyasəti sahəsində uzun illər çalışmışam. Bu gün ölkə rəhbərliyi səviyyəsində bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanın ərazi bötüvlüyünün bərpasının bir yolu da bu sahədə təcrübəsi olan veteranlarla yanaşı idmançı vətənpərvər gənclərimizdir".

Deputatlığa namizəd bu günlər ərzində Xətai rayonunda mövcud problemlərlə tanış olduğunu və onların həlli istiqamətində addımlar atılacağını qeyd edib.

Müharibə veteranları adından çıxış edənlər qeyd ediblər ki, Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırdırlar.

İdmançılar adından danışanlar ölkəmizi dünya səviyyəsində tanıtdırmaqla yanaşı, bayrağımızın doğma torpaqlarda dalğalanması üçün istənilən addıma hazır olduqlarını bildiriblər.

Sakinlər bildiriblər ki, F.Muradovun fəaliyyəti ilə tanışdırlar və onun namizədliyini dəstəkləyirlər.

Görüşdə o da vurğulanıb ki, 1 noyabrda Azərbaycanın vətənpərvər övladı F.Muradova səsverməklə gənclərin Parlamentdə təmsilçiliyi bir daha dəstəklənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti