...

Türkiyəli ekspert: Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir

Seçki 2015 Materials 28 Oktyabr 2015 11:21 (UTC +04:00)
“Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir".
Türkiyəli ekspert: Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir".

Trend-in məlumatına görə, bu sözləri Secki-2015.az saytına açıqlamasında Türkiyənin tanınmış QHT rəhbəri, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözde Dizdar bildirib.

Azərbaycandakı seçki mühitini dəyərləndirən türkiyəli QHT rəhbəri söyləyib ki, son illərin proseslərini nəzərə alsaq, bu gün Azərbaycan təkcə bölgənin deyil, dünyanın ön sıralarında qərar tutan ölkələrdən biridir: "Bu da Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsində əldə edilib. Mən 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdim və olduğum məntəqələrdə seçkilərin şəffaf keçirildiyinin şahidi oldum. Inanıram ki, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri yüksək səviyyədə təşkil olunacaq. Həmin gün Türkiyədə də seçkilər keçiriləcək. Hər iki ölkədəki seçkilərdə xalq istədiyi, layiq olan şəxsləri seçəcək".

G.Dizdar Azərbaycanda seçki prosesinə hazırlığı yüksək qiymətləndirib: "Seçki prosesini diqqətlə izləyirik. Sosial şəbəkələrdə namizədlərin təbliğat-təşviqat kampaniyasını müşahidə edirik. Seçkilərə kifayət qədər gənc, intellektual şəxslər qatılıblar. Bəzi Avropa qurumları seçkiyə müşahidəçi göndərməməklə prosesi baykot etmək istəyirlər. Lakin, elə Avropanın özündən, Türkiyədən Bakıya xeyli müşahidəçilərin gələcəyi artıq bəllidir. Fikrimcə, baykot edən tərəf aqressivlik göstərməkdənsə, Azərbaycan dövləti ilə yaxınlaşıb münasibətlərini dostcasına davam etdirsə, daha məqsədəuyğun olar".

Türkiyəli QHT rəhbəri bildirib ki, hər şeydən öncə Azərbaycanda etibarlı, sabit vəziyyətin olması çox vacibdir: "Bu gün Türkiyədə baş verən gərgin daxili proseslər, terror aktları həqiqətən siyasi sabitliyin dəyərini insanlar üçün xeyli artırmış olur. Bizdən fərqli olaraq Azərbaycan dövləti bunu təmin etməyi bacarıb. Bunu qiymətləndirməmək haqsızlıq, ədalətsizlikdir. Bütün bunları nəzərə alsaq, Azərbaycana qarşı təzyiqlər demokratik prinsiplərə ziddir. Biz Azərbaycanda ədalətli seçkinin baş tutacağına inanırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti