...

Mərkəzi Asiya ölkələri və Gürcüstan nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcəklər

Seçki 2015 Materials 29 Oktyabr 2015 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Yelena Kosolapova/

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Gürcüstan nümayəndələri Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Bunu Trend-ə həmin ölkələrin səfirliklərindən deyiblər.

Azərbaycanda parlament seçkilərini Qazaxıstanın 4 nümayəndəsi müşahidə edəcək. Onlardan ikisi MDB Parlament Assambleyasının missiyasının, qalanları isə TürkPA-nın missiyasının tərkibində işləyəcək.

Qırğızıstandan MSK və ölkə parlamentinin hər birindən 2 nümayəndə, eləcə də TürkPA-nın və Türkdili Ölkələrin Əməkdaşlıq Şurasının beynəlxalq missiyasının tərkibində olan müşahidəçilər seçkilərin gedişini izləyəcəklər.

Tacikistandan bu ölkənin Mərkəzi Seçki Komissiyasının nümayəndələri, eləcə də MDB Parlamentlərarası Assambleyasının beynəlxalq missiyasının tərkibindəki parlament deputatları daxil olmaqla, beş nəfər Azərbaycanda seçkiləri müşahidə edəcək.

Türkmənistandan seçkiləri müşahidə etmək üçün MSK nümayəndələrinin gələcəyi gözlənilir.

Özbəkistan nümayəndələri MDB missiyasının tərkibində parlament seçkilərini müşahidə edəcəklər.

Gürcüstan nümayəndələri isə GUAM təşkilatının missiyasının tərkibində seçkiləri müşahidə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti