Azərbaycan, Bakı, 1 noyabr /Trend müxbir Elçin Mehdiyev/
Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 667732 seçici səs verib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.
Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 12.8 faiz təşkil edib.
R.Gülməmmədov bildirib ki, seçici fəallığı Naxçıvanda 19.3 faiz, Bakıda 10.5 faiz, digər regionlar isə 13.12 faiz təşkil edir.
Onun sözlərinə görə, ən passiv 30 Saylı Suraxanı Birinci Seçki Dairəsi (6.3 faiz), ən aktiv isə 14 saylı Xəzər Seçki Dairəsidir (22.1 faiz).
R.Gülməmmədov əlavə edib ki, bu saata qədər MSK-nın qaynar xəttinə hər hansı bir müraciət daxil olmayıb.