...

Dövlət qulluğunda işləmək istəyənlər üçün fevralın 18-də imtahan keçiriləcək

Gündəm Materials 6 Fevral 2018 12:36 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək.

Bu gün saat 11:45-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 141, BB vəzifə qrupu üzrə 396 nəfər olmaqla, ümumilikdə 537 nəfər qeydiyyatdan keçib.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti