...

Qlobal Bakı Forumunda internetin üstünlükləri və yaratdığı çətinliklər müzakirə olunub

Gündəm Materials 17 Mart 2018 01:25 (UTC +04:00)
VI Qlobal Bakı Forumu çərçivəsində “İnternetin üstünlükləri və yaratdığı çətinliklər” mövzusunda tədbir keçirilib
Qlobal Bakı Forumunda internetin üstünlükləri və yaratdığı çətinliklər müzakirə olunub

Bakı. Trend:

VI Qlobal Bakı Forumu çərçivəsində “İnternetin üstünlükləri və yaratdığı çətinliklər” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forum çərçivəsində aparılan bütün müzakirələrin xüsusi önəm kəsb etdiyini və çox aktual mövzulara həsr olunduğunu söyləyib. O bildirib ki, müzakirələr zamanı çox faydalı ideyalar, təkliflər səslənir. Forumun aktual mövzularından biri də “İnternetin üstünlükləri və yaratdığı çətinliklər”dir.

Tədbirdə çıxış edən “Google” şirkətinin vitse-prezidenti Vinton Serf mövzunun doğrudan da çox aktual olduğunu söyləyib. O, internetin yaranma tarixindən, onun yayılmasından, müsbət və mənfi tərəflərindən danışıb. Qeyd edib ki, bu gün insan həyatının hər bir sahəsinə təsir göstərən kibertəhlükəsizlik bütün dünyada gündəmdə olan əsas məsələlərdən biridir.

Vinton Serf, həmçinin müasir texnologiyaların, müxtəlif innovasiyaların cəmiyyətə təsiri, eləcə də sosial şəbəkələr, kriptovalyutalar barədə fikirlərini bölüşüb, “Google” şirkətinin fəaliyyəti, aparılan son islahatlar barədə məlumat verib, sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti