...

Komitə sədri yeni İlahiyyat İnstitutuna tələbə qəbulundan danışdı

Gündəm Materials 29 Mart 2018 11:32 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil.
Komitə sədri yeni İlahiyyat İnstitutuna tələbə qəbulundan danışdı

Bakı. Samir Əli -Trend:

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yer hələlik məlum deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq institutun yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirilib:

"Komitə olaraq biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib. Artıq tələbə qəbulu şərtləri və ixtisaslar müəyyənləşib. Hələlik institutun fəaliyyət göstərməsi üçün yerin ayrılması məsələsi açıq qalıb. Yaxın vaxtlarda yəqin ki, bu məsələ də öz həllini tapacaq".

M.Qurbanlı bildirib ki, bu il institutun binası məsələsi həll olunsa, dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti