...

Rusiya bu ölkələrin diplomatlarını ölkədən çıxarır - SİYAHI

Gündəm Materials 30 Mart 2018 16:38 (UTC +04:00)
Rusiya 9 ölkənin (Estoniya, Latviya, Litva, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının Rusiyadan çıxarılması barədə qərar verib.
Rusiya bu ölkələrin diplomatlarını ölkədən çıxarır - SİYAHI

Bakı. Trend:

Rusiya 9 ölkənin (Estoniya, Latviya, Litva, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının Rusiyadan çıxarılması barədə qərar verib. Trend-in məlumatına görə, bu gün həmin ölkə səfirlərinə bildirilib.

Belə ki, Rusiya 1 latviyalı, 3 litvalı, 4 polşalı, 2 italiyalı və 1 finlandiyalı diplomatın ölkədən çıxarılması barədə bəyan edib.

Bundan başqa, İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Peda da Rusiyadan çıxarılır.

Xatırladaq ki, daha öncə XİN 2 niderlandlı diplomatın ölkədən çıxarılması, Böyük Britaniyanın Rusiyada fəaliyyət göstərən səfirlik və baş konsulluqlarında isə əməkdaşların sayının azaldılması barədə bəyan edib.

Qeyd edək ki, rusiyalı diplomatlara qarşı "Skripalın işi" ilə əlaqədar addım atmış ölkələrin səfirləri bu gün nazirliyə çağırılıb.

Belə ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

İlk olaraq isə həmin işlə əlaqədar Böyük Britaniya 100 rusiyalı diplomatı ölkədən çıxarmışdı.

Xəbər lenti

Xəbər lenti