...

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Gündəm Materials 17 Aprel 2018 11:41 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti