...

ETSN: Tozun miqdarı sanitar normadan 37 faiz yuxarıdır (YENİLƏNİB)

Gündəm Materials 19 Aprel 2018 12:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
ETSN: Tozun miqdarı sanitar normadan 37 faiz yuxarıdır (YENİLƏNİB)

Bakı. Trend:

İlk xəbər 09:14-də yayılıb

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 19 aprel 2018-ci il tarixində saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.

XXX

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlikdən Trend-ə verilən məlumatda deyilir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 19 aprel 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarımadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti