Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada son 40 ilin ən güclü istiləri gözlənilir.
Trend-in məlumatına görə, rekord istilər bu gün ərzində müşahidə edilə bilər.
Belə ki, havanın temperaturunun 28 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır.
Sonuncu dəfə analoji temperatur 1977-ci ilin yayında qeydə alınıb.