...

Azərbaycanda "Orta ümumtəhsil müəssisələri haqqında" qanun layihəsi hazırlanır

Gündəm Materials 2 May 2018 11:59 (UTC +04:00)
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclasında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsini hazırlayacaq işçi qrupun tərkibi müəyyən ediləcək.
Azərbaycanda "Orta ümumtəhsil müəssisələri haqqında" qanun layihəsi hazırlanır

Bakı. İlhamə İsabalayeva – Trend:

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclasında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsini hazırlayacaq işçi qrupunun tərkibi müəyyən ediləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, komitə “Orta ümumtəhsil müəssisələri haqqında” yeni qanun layihəsini hazırlamağa başlayır:

“Gələn iclasda qanun layihəsinin hazırlanması üçün işçi qrupunun tərkibini, vəzifələri müəyyən edəcəyik. Biz istəyirik ki, bu qrupda Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, özəl məktəblərdən birinin direktoru və s. təmsil olunsun".

Komitə sədrinin sözlərinə görə, “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi artıq hazırlanmağa başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti