...

Hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən məbləğ artırıldı

Gündəm Materials 4 May 2018 08:43 (UTC +04:00)

Bakı. Trend:

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
Prezidentin 2018-ci il 22 fevral tarixli sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti