...

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Gündəm Materials 8 May 2018 09:42 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti