...

Tovuzda 8 yaşlı uşaq naməlum şəraitdə ağır xəsarət alıb

Gündəm Materials 8 May 2018 20:59 (UTC +04:00)
Tovuz rayonunda 8 yaşlı uşaq naməlum şəraitdə xəsarət alıb.
Tovuzda 8 yaşlı uşaq naməlum şəraitdə ağır xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda 8 yaşlı uşaq naməlum şəraitdə xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə mayın 7-də axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Rüstəmov Ayxan Araz oğlu Tovuz rayonu ərazisində ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Xəstəyə "Qarın boşluğunun hemotoması" diaqnozu qoyulub. Uşağın ailə üzvləri onun yıxılaraq xəsarət aldığını bildiriblər.

Yaralının vəziyyəti ağır olduğundan, o təcili olaraq Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti