...

Pensilvaniya ştatında Azərbaycan Günü elan olunub

Gündəm Materials 12 May 2018 05:41 (UTC +04:00)
Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlayıb.
Pensilvaniya ştatında Azərbaycan Günü elan olunub

Bakı. Trend:

Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur ki, 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulmuş və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınıb. Müstəqillik dövründən bəri Azərbaycan regionun mayakı olaraq irqi, cinsi və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabərlik hüququnu tanıyıb və Qafqaz regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

T.Vulf Azərbaycanın yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar, ölkədə yaşayan Azərbaycanlıları cəmiyyətə verdikləri töhfələri nailiyyət və qürur hissi ilə qeyd etməyə çağırır.

Gubernator Pensilvaniyada yaşayan vətəndaşlar adından Azərbaycanın 100 illiyini tanımaqdan qürur duyduğunu və 100 illiyin yaddaqalan və uğurlu qeyd olunması üçün ən xoş arzularını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti