...

DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Gündəm Materials 23 May 2018 14:12 (UTC +04:00)
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti