...

Azərbaycan və Monqolustan elmi sahədə əməkdaşlıq edəcəklər (FOTO)

Gündəm Materials 31 May 2018 16:49 (UTC +04:00)
Bu gün Azərbaycan Mlilli Elmlər Akademiyası ilə Monqolustan Elmlər Akademiyası (MEA) arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan və Monqolustan elmi sahədə əməkdaşlıq edəcəklər (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Mlilli Elmlər Akademiyası ilə Monqolustan Elmlər Akademiyası (MEA) arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb.

AMEA-dan Trend-ə verilən məlumata görə, sənəd Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, professor Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bağlanılıb.

Görüşdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, 70 ildən çox yaşı olan bu qurum uzun illər ərzində ölkə elminin inkişafına mühüm töhfələr verib, çoxsaylı alim və mütəxəssislər yetişdirib. O, bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Monqolustan Elmlər Akademiyasının prezidenti D.Reqdel Azərbaycanda fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib, bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti