...

Azərbaycanda dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb

Gündəm Materials 6 İyun 2018 09:45 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Azərbaycanda dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, əvvəllər bu məsələ vəkilləri narahat edib: "Dövlət hesabına hüquqi yardımın məbləği az idi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb. Bu, çox vacib idi".

A.Bağırov qeyd edib ki, Kollegiyanın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın. Bununla bağlı lazımi müzakirələri davam etdiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti