...

Nazirlikdən çağırış: Kağız paketlərə üstünlük verin

Gündəm Materials 8 İyun 2018 11:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanları kağız paketlərə üstünlük verməyə çağırır.
Nazirlikdən çağırış: Kağız paketlərə üstünlük verin

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanları kağız paketlərə üstünlük verməyə çağırır.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir.

O qeyd edib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzlərinə gedən zaman polietilen torbaları və paketləri təbiətə atırlar:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti