...

FHN Mingəçevir İES-dəki qəza ilə bağlı məlumat yayıb

Gündəm Materials 3 İyul 2018 16:08 (UTC +04:00)
FHN Mingəçevirdəki “Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.
FHN Mingəçevir İES-dəki qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdəki “Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir:

"3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib".

Məlumatda qeyd edilir ki, açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb:

"Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti