...

Bərdə sakini ölümcül bıçaqlandı

Gündəm Materials 19 İyul 2018 16:28 (UTC +04:00)
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bərdə sakini ölümcül bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.

Bərdə şəhər sakini Əhmədli Dağbəyi Yaşar oğlu rayonun Qarabağ qəsəbəsində yaşayan Səfərov Rəsul Ruslan oğlu ilə şəxsi münaqişə zəminində mübahisə edib.

Mübahisə nəticəsində D.Əhmədli üzərində gəzdirdiyi bıçaqla R.Səfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və D.Əhmədli şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti