...

Tovuzda 42 yaşlı kişi ürəyindən bıçaqlandı

Gündəm Materials 13 Sentyabr 2018 10:31 (UTC +04:00)
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Tovuzda 42 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Azər Aqil oğlu kənd ərazisində naməlum şəraitdə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti