...

Paytaxtın bir sıra küçələrində tıxac var - avtobuslar gecikir

Gündəm Materials 17 Sentyabr 2018 18:41 (UTC +04:00)
Paytaxtın bir sıra küçələrində tıxac var.
Paytaxtın bir sıra küçələrində tıxac var - avtobuslar gecikir

Bakı. Samir Əli - Trend:

Paytaxtın bir sıra küçələrində tıxac var.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən də 28 May küçəsi-Rəşid Behbudov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi-Mərkəzi Bank istiqaməti, Tbilisi prospekti-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi-Fətəli xan Xoyski prospekti istiqamətində, Ziya Bünyadov prospekti - hər iki istiqamətdə, Üzeyir Hacıbəyov küçəsi - mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

Hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq edilir.

Tıxac səbəbindən əksər marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti