...

Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır

Gündəm Materials 2 Oktyabr 2018 12:19 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır
Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, inventarlaşma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti