...

Siyavuş Novruzov: Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır (FOTO)

Gündəm Materials 15 Oktyabr 2018 11:32 (UTC +04:00)
Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır
Siyavuş Novruzov: Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısını mütəmadi müşahidə edirik:

"Bunu istər məscidlərin tikilib, yenidən təmir olunub, insanların istifadəsinə verilməsi, o cümlədən dini mərasimlərdə cənab Prezidentin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahidi oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses də başlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti