...

Badamdardakı sürüşmə sahəsində nisbi gərginlik qalmaqdadır

Gündəm Materials 20 Oktyabr 2018 21:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb
Badamdardakı sürüşmə sahəsində nisbi gərginlik qalmaqdadır

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ara-sıra kütlə üzərində asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti