...

Bakıda 13 yaşlı oğlan itkin düşdü

Gündəm Materials 27 Oktyabr 2018 17:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmə itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə rayonun X.Məmmədov küçəsi, ev 80, mənzil 68-a ünvanında yaşayan Şərifova Səadət Tofiq qızı məlumat verib.

Qadın bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan oğlu, 2005-ci il təvəllüdlü Şirinov Kənan İlqar oğlu oktyabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti