Metropoliten yenilənmiş ilk qatarı xəttə buraxdı (FOTO)

Metropoliten yenilənmiş ilk qatarı xəttə buraxdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin "Nərimanov" elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.

Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

Onun sözlərinə görə, ən müasir standartlara uyğun olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də modernləşdirilir: “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra reallaşan ən böyük və tarixi layihələrdən biri həyata vəsiqə alıb. Bu isə vaqon parkının sağlamlaşdırılması, istismar xərclərinin azaldılması, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması kimi iqtisadi əhəmiyyətli məsələlərdə yüksək səmərəyə nail olunması istiqamətində tarixi addım deməkdir. Nəticədə qatarlar görkəmini tamamilə dəyişir, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılır, texniki xarakteristikası xeyli yaxşılaşdırılır, istismar və qulluq prosesi asanlaşır, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranır".

B.Məmmədov bildirib ki, əsaslı təmir olunmuş qatarda diqqəti çəkən ilk mühüm yenilik baş vaqonların ön hissəsinin dəyişdirilərək daha keyfiyyətli və zərbəyə davamlı kompozit materialdan hazırlanmasıdır: "Onun digər bir konstruktiv üstünlüyü isə maşinist kabinəsini bir qədər genişləndirməklə idarəetmə üçün daha rahat şəraitin yaradılmasıdır. İnformasiya tabloları tam elektronlaşdırılıb, maşinist kabinasının güzgüləri daha funksional, vaqonun ön şüşəsi daha etibarlı və keyfiyyətli, təbii şəraitin təsirlərinə davamlıdır. Mühüm yeniliklərdən biri qatarın idarəetmə pultudur. Elektron əsaslı yeni idarəetmə stansiyası, eləcə də əvvəlki rele sisteminin yeni nəsil analoqları ilə əvəzlənməsi, yumruqcuqlu kontrollerin daha kiçik ölçülü təmassız maşinist kontrolleri ilə əvəzlənməsi idarəetmə sistemini təkmilləşdirməklə, onu daha etibarlı, uzunömürlü və müasir edib. Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqları ilə əvəzlənib. Yeniliklər texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra qovşaqları tamamilə aradan çıxarıb".

Metro rəsmisi vurğulayıb ki, son illərdə istehsaldan çıxarılmış bir sıra detalların yeni nəsil nümunələri ilə əvəzlənməsi qatarların istismar problemlərini azaldaraq, qatarın bir dövrlər xroniki probleminə çevrilmiş xətdə qalmaq təhlükəsini aradan qaldırır: "Bu mənada əhəmiyyətli yeniliklərdən biri əvvəlki problemli reostat kontrollerində dəyişiklik edilərək, impulslu addım mühərriki tətbiq edilməsidir. Tez-tez sıradan çıxdığına görə, mütəmadi təmir edilən hava kompressorunun, pnevmatik xəttin kontaktor qutularının əvəzinə, Almaniya və Rusiya istehsalı olan müasir və texniki xidmət tələb etməyən müvafiq avadanlıqlar tətbiq edilib. Köhnə radiostansiyalar daha müasirləri ilə əvəzlənib və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən "dispetçer-maşinist" rabitəsini təkmilləşdirib. Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb. İşin miqyasına nümunə kimi vaqon intiqalının idarəetmə naqillərinin 60 faizinin ixtisar edilməsi qeyd oluna bilər. Ən əsası, bu yeniliklər hazırda istismarda olan və innovasiyalar baxımından ən yüksək - 4-cü nəslə məxsus vaqonlarda tətbiq edilir. Bu xüsusda vaqonların sxemlərindəki nasazlıqlar barədə məlumatın maşinist pultunda əksini tapması, maşinist kontrollerinin və SAT qurğusunun komandalarının emal edilməsi, maşinist kontrollerinin diaqnostikası, yan qapılara ayrı-ayrılıqda nəzarət edilməsi, nasazlıqların arxivləşdirilməsi, baş vaqonların dartı intiqalının işi barədə məlumatın tam alınması və s. qeyd oluna bilər. Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla külli miqdarda vəsaitə qənaət edilir. Uzaq keçmişdən ötən yaxın dövrlərə qədər əsaslı təmir müddəti yetişən vaqonlar Moskva Metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri Zavoduna və onun Tbilisidəki filialına göndərilirdi. Sovet dönəmində bu məsələ vahid mərkəzdən idarə olunduğundan asanlıqla həll edilirdi. Müstəqillik illərində vəziyyət dəyişdi və dövlətlərarası münasibətlər müstəvisində özünə yer almaqla iqtisadi-siyasi maraqlar, inhisarçılıq niyyətlərinin təsiri ilə üzləşirdi.

Yaranmış çətin durum 2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradılandan sonra aradan qaldırılıb. Əvvəlcə pilot layihə kimi, 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. 2015-ci ildə bu işlərə vaqon salonunun yenilənməsi, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsi və havalandırma xəttinin təmizlənməsi əlavə olunub.Yeniləşmə çərçivəsində 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirildi, vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi yenilənib. 15 vaqonun salonu müasir və qənaətli LED işıqlanma sistemi ilə əvəzlənib. Vaqonların ön hissəsinin yeni dizaynı isə modernləşdirmənin zahirən ən cəlbedici əlamətinə çevrilib.

Əldə olunan nailiyyətlər istehsal sahəsinin genişləndirilməsini tələb etdiyindən yeni sexin inşası zərurətə çevrilmişdi və Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində sexin inşası başa çatdı.

Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.

Bu günlərdə sexdə daha 5 vaqon üzərində iş başlayıb. Ötən qısa müddətdə əldə olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait yaradıb. Bu isə istismara verilmiş yeni sahənin imkanlarının get-gedə genişlənəcəyindən xəbər verir".

Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Loading Bars
Xəbər lenti
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
MN: Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə düşmən təxribata əl atır
Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Bütün xəbərlər