...

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü

Gündəm Materials 15 Dekabr 2018 07:09 (UTC +04:00)
Bakıda işə getmək adı ilə evdən çıxan şəxs itkin düşüb.
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda işə getmək adı ilə evdən çıxan şəxs itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Nobel prospekti 84, ev 5-də yaşayan, 1996-cı il təvəllüdlü Süleyman İldırım oğlu Quliyev dekabrın 11-də səhər saat 07 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti