...

XƏBƏRDARLIQ: Yağış, qar yağacaq, çaylarda sululuq artacaq

Gündəm Materials 15 Dekabr 2018 12:44 (UTC +04:00)
17-19 dekabrda Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
XƏBƏRDARLIQ: Yağış, qar yağacaq, çaylarda sululuq artacaq

Bakı. Trend:

17-19 dekabrda Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti