...

Evakuatorla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar barədə XƏBƏR var

Gündəm Materials 7 Yanvar 2019 10:10 (UTC +04:00)
Ötən gün Binəqədi-Balaxanı yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.
Evakuatorla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar barədə XƏBƏR var

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Binəqədi-Balaxanı yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.

Trend-in məlumatına görə, ötən gün saat 17:00 radələrində “Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, qəzada xəsarət alan 1985-cil təvəllüdlü Mikayılov Bəhruz Ərzalı oğlu, 1985-ci il təvəllüdlü Quliyev Ceyhun Sabir oğlu və 2000-ci il təvəllüdlü Əhmədova Rövşanə Sədiyar qızı ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Avtobusun sürücüsü 1971-ci il təvəllüdlü Mirzəyev Vüqar Zöhrab oğlu isə reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır, o, süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti